Paşinyan: Delimitasiya prosesi aktivləşə bilər


Bakı və İrəvan Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qüvvəyə mindikdən sonra 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlət sərhədlərinin delimitasiyası prosesini aktivləşdirə bilər.

Turkustan.az “Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan və Ermənistan son aylarda dəfələrlə sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin azı 80-90 % hazır olduğunu bəyan ediblər.


MANŞET XƏBƏRLƏRİ