Keçmiş modelindən Trampa qarşı yeni “təqib” ittihamı


Keçmiş amerikalı model Steysi Uilyams Respublikaçılar Partiyasının namizədi, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 1993-cü ildə ona fiziki təzyiq göstərdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Uilyams Trampla 1992-ci ildə qızlara qarşı cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan amerikalı milyarder Ceffri Epşteyn vasitəsilə tanış olduğunu bildirib.

1993-cü ilin yazında Epstein ilə birlikdə keçmiş ABŞ prezidentini "Trump Tower"də ziyarət etdiklərini deyən Uilyams, Trampın onu qucaqlayaraq bədəninə "uyğunsuz" toxunduğunu iddia edib.

Williams, sözügedən davranışdan "təəccübdən donub qaldığını" ifadə edərək, Epstein və Trampın o zaman bir-birlərinə güldüyünü iddia edib.

Trampın daha sonra ona Floridadakı malikanəsi Mar-a-Laqonu göstərən "Stecy, burası evdən uzaqda sənin evindir. Sevgi, Donald" sözləri yazılmış açıqca göndərdiyini deyən Williams bu kartı The Guardian qəzeti ilə paylaşıb.

Uilyams qeyd edib ki, "təcavüz" hadisəsindən sonra Epşteyndən iyrəndiyini və dostluqlarının qısa müddət sonra bitdiyini qeyd edib.

Digər tərəfdən, Trampın seçki kampaniyasının mətbuat katibi Karoline Leavitt verdiyi yazılı açıqlamada iddiaları rədd edərək, “Barak Obama üçün çalışan keçmiş fəal tərəfindən səslənən və Harrisin seçkiyə iki həftə qalmış kampaniya çağırışında açıqlanan bu ittihamlar, Şübhəsiz ki, saxta hekayənin (Demokratik namizəd Kamala) Harris tərəfindən uydurulduğu aydındır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ