Fransa Livana 100 milyon avro yardım etdi


Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Livana Beynəlxalq Yardım Konfransında ölkəsinin İsrailin hücumlarına məruz qalan Livan xalqına 100 milyon avro yardım edəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, İsrailin intensiv hücumlar həyata keçirdiyi Livan üçün Fransanın paytaxtı Parisdə Beynəlxalq Yardım Konfransı keçirilib. Konfransda Livanın Baş naziri Necip Mikatinin yanında oturan Fransa prezidenti Emmanuel Makron açılış nitqində ölkəsinin Livan xalqına 100 milyon avro yardım edəcəyini açıqlayıb. Livana 500 milyard avro yardım toplamaq üçün keçirilən konfransda Makron İsrail və Livan arasında atəşkəs çağırışını təkrarlayaraq, "Livanı sevən və təkcə şəxsi maraqlarını güdməyənlər üçün iddialı olmalıyıq" dedi.

İranın İsrailə qarşı Hizbullaha dəstək verməsindən təəssüfləndiyini və İsrailin Livanın cənubundakı əməliyyatlarını tənqid edən Makron, “Dağırış var, qurbanlar oradadır. Orada çoxlu zorakılıq aktları var. Biz bunu qəbul edə bilmərik. Köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan verən atəşkəs razılaşması əldə edilməlidir. Makron vurğulayıb ki, sülh, təhlükəsizlik və sabitlik üçün BMT-nin 1701 saylı qətnaməsi bütün tərəflər tərəfindən tam şəkildə yerinə yetirilməlidir.

Mikati isə Livan ordusunu gücləndirmək və genişləndirmək və ölkənin dağılmış infrastrukturunu bərpa etmək üçün beynəlxalq dəstəyə ehtiyac duyulacağını bildirib. Livan hökumətinin daha çox əsgər toplamaq qərarına gəldiyini vurğulayan Mikati, atəşkəs və ordunun Livanın cənubuna yerləşdirilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnaməsinin həyata keçirilməsi planı çərçivəsində 8 min əsgər təyin edəcəklərini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ