İsrail “Al Mayadeen” kanalının ofisini vurdu


İsrail ordusu Livanın paytaxtı Beyruta azı 9 hava zərbəsi endirib. Livanda yerləşən “Al Mayadeen” kanalının ofisi də hücumlarda hədəfə alınıb. Hücum nəticəsində ofisə böyük ziyan dəyib və ərazidə yanğın başlayıb.

Turkustan.az xəbər verir ki, İsrail döyüş təyyarələrinin Livanın paytaxtı Beyrutun cənubundakı Dahiye bölgəsinə təşkil etdiyi hava hücumunda mərkəzi Livanda yerləşən Əl Mayadeen kanalının ofisi hədəfə alınıb.

Livanın rəsmi agentliyi NNA-nın xəbərində, İsrail döyüş təyyarələrinin axşam saatlarında Beyrutun cənubundakı Dahiye bölgəsi və ətrafına 10 hava hücumu təşkil etdiyi bildirilib.

Xəbərdə, hava zərbələrinin dördüncü hissəsində El-Laylaki bölgəsi yaxınlığındakı mülki yaşayış məhəllələrinin hədəfə alınaraq tamamilə məhv edildiyi və orada yanğının başladığı bildirilib.

NNA-nın hesabatında İsrail döyüş təyyarələrinin Dahiyə yaxınlığındakı Əl-Cenah bölgəsindəki bir binadakı Əl-Mayadin kanalının ofisini 2 raketlə hədəfə aldığı bildirilib.

Hücum zamanı ofisin tamamilə dağıldığı və yanğının başladığı, televiziya kanalı rəhbərliyinin hücumdan əvvəl ofisi boşaltdığı bildirilib.

Xəbərdə həmçinin İsrail döyüş təyyarələrinin Dahiyə bölgəsi və ətrafında müxtəlif yerlərə hava hücumları təşkil etdiyi, lakin hücumlarda ölən və ya yaralananların olub olmadığına dair məlumat verilmədiyi də vurğulanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ