Bərzani: "Terrora qarşı Türkiyə xalqı və hökuməti ilə tam həmrəyik"


İraq Kürd Regional Rəhbərliyinin (KRH) sədri Neçirvan Bərzani Ankarada TAİ-yə edilən terror aktını pislədiyini açıqlayıb. 5 nəfərin öldüyü, 22 nəfərin yaralandığı terror aktı ilə bağlı sosial media hesabından paylaşım edən Bərzani həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib. O, həmçinin terrora qarşı Türkiyə xalqı və hökuməti ilə tam həmrəy olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, KRG prezidenti Neçirvan İdris Bərzani TAI-yə hücumu pisləyib. Neçirvan Bərzani sosial media platforması X hesabında TAİ-yə qarşı terror hücumu ilə bağlı paylaşım edib.

O, paylaşıma bu sözləri də əlavə edib: "Bu gün Ankarada törədilən terror aktını pisləyir, həyatını itirənlərin ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram. Biz Türkiyə xalqı və hökuməti ilə tam həmrəyik”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ