Şimali Koreyadan göndərilən zibil balonu Cənubi Koreyadakı prezident ofisinin binasına düşdü


Şimali Koreyanın göndərdiyi zibil daşıyan şarın havada partladığı və Cənubi Koreya prezident ofisinin binasına çırpıldığı açıqlanıb. Ətrafa səpələnmiş tullantılar üzərində aparılan ekspertizalarda heç bir təhlükəli maddə aşkar edilmədiyi bildirilib.

Turkustan.az xəbər verir ki, Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi gərginlik davam edərkən, Pxenyan gərginliyi daha da artıracaq bir addım atıb. Cənubi Koreya Prezidentinin Təhlükəsizlik Xidmətinin (PSS) verdiyi açıqlamada Pxenyanın göndərdiyi zibil daşıyan şarın havada partlayaraq prezident ofisinin binasına düşdüyü bildirilib. Açıqlamada şarın daşıdığı zibillərin kampusun ətrafına səpələndiyi qeyd edilib və tullantılar üzərində aparılan müayinələrdə heç bir təhlükəli maddə aşkar edilmədiyi bildirilib.

Cənubi Koreya ordusu səhər tezdən verdiyi açıqlamada Şimali Koreyanın ölkənin sərhəd bölgələrinə zibil daşıyan yeni şarlar göndərdiyini açıqlayıb. Xəbərdarlıq edilib ki, hava şarları paytaxt Seul və sərhədyanı Gyeonggi və Qangvon bölgələrinə düşə bilər.

Cənubi Koreyanın Seuldakı prezident ofisinin binası ilk dəfə iyulun 24-də Şimali Koreya tərəfindən göndərilən zibillə dolu şarlar tərəfindən hədəfə alınıb. PSS-dən verilən açıqlamada zibil daşıyan şarın prezident aparatının şəhərciyinə düşdüyü və “Kimyəvi, bioloji və radioloji reaksiya qrupları tərəfindən aparılan müayinədə tullantıların heç bir zərər vermədiyi müəyyən edilib”.

Cənubi Koreyalı fəalların ölkəyə şarlarla təbliğat vərəqələri göndərməsinə cavab olaraq Şimali Koreya mayın 28-dən etibarən Cənubi Koreyanın sərhəd bölgələrinə minlərlə zibil daşıyan şar göndərib. Buna cavab olaraq Cənubi Koreya hökuməti sərhəd bölgəsində nəhəng səsgücləndiricilər quraşdırıb və Şimali Koreya sərhədinə doğru təbliğat yayımlayıb. Şimali Koreya bu yaxınlarda Cənubi Koreyanın paytaxt Pxenyan səmasına təbliğat vərəqələri daşıyan pilotsuz uçuş aparatı (PUA) göndərdiyini iddia edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ