Rusiya Şimali Koreyadan olan əsgərlərin hər birinə ayda 2000 dollar ödəyir


“3000 hərbçi artıq Rusiyadakı təlim bazalarında yerləşdirilib və dekabra kimi onların ümumi sayı 10 minə çatacaq”

Şimali Koreya hakimiyyəti Ukraynadakı müharibədə Moskvaya dəstək vermək üçün Rusiyaya göndərilən hərbçi ailələrinə məlumat vermir. Turkustan.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya kəşfiyyatına istinadən məlumat yayıb.

İddia olunur ki, Rusiyaya qoşun yeridilməsi barədə ölkə daxilində xəbər verilmir, lakin əhaliyə tədricən məlumatlar sızır.

Agentliyin məlumatına görə, Cənubi Koreya Kəşfiyyat Xidmətinin rəhbəri Çanq Ho-jin Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi ilə bağlı vəziyyət barədə məlumat verib. Bildirilir ki, Şimali Koreyadan 3000 hərbçi artıq Rusiyadakı təlim bazalarında yerləşdirilib və dekabra kimi onların ümumi sayı 10 minə çatacaq.

Kəşfiyyat məlumatlarına görə, Şimali Koreya ordusu hələ də döyüş bölgəsinə yerləşdirilməyib. Onlara hərbi texnika və pilotsuz təyyarələrdən istifadə öyrədilir. İddia olunur ki, rusiyalı təlimatçılar müasir müharibə anlayışı olmadan Şimali Koreyalıların böyük itki verəcəyinə inanırlar.

“Yonhap”ın məqaləsində deyilir ki, Rusiya hər hərbçi üçün ayda təxminən 2000 dollar ödəyir. 2022-ci ilə kimi Şimali Koreyada orta aylıq əmək haqqı 1-3 dollar səviyyəsində təxmin edilib. Çox güman ki, pulun böyük hissəsi Şimali Koreya hərbçilərinə və onların ailələrinə çatmır və dövlətdə qalır.

Şimali Koreya Rusiyaya hərbi personal göndərdiyini inkar edir. Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, bu məlumatı Müdafiə Nazirliyi şərh etməlidir.

Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı məlumatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin təsdiqləyib. Bu barədə “The Washington Post” yazır.

Ostin qeyd edib ki, ABŞ Şimali Koreyadan olan əsgərlərin Rusiyaya hansı məqsədlə göndərildiyini hələ bilmir: “Əgər onların niyyəti Ukraynadakı müharibədə Rusiyanın /AYNA/


MANŞET XƏBƏRLƏRİ