Terror aktından əvvəl sürpriz gəlişmə: Abdullah Öcalan...


PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı oğlu və DEM Partiyasının deputatı Ömər Öcalan 4.5 ildən sonra ilk dəfə əmisi ilə görüşdüklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.

“Abdullah Öcalanla son təkbətək görüş 2020-ci il martın 3-də olub. Biz ailə olaraq Öcalanla illər sonra yenidən görüşdük. Qanuni hüquq olan adi ailə ziyarətlərinin şəraitdən asılı olmayaraq davam etməsini istəyirik”, - deputat yazıb.

Qeyd edək ki, dünən Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) paytaxt Ankaradakı obyektlərinə qarşı terror aktı həyata keçirilib. Olay zamanı 5 nəfər həlak olub, 25-ə yaxın insan yaralanıb. Türkiyə baş verənlərə görə PKK-nı ittiham edib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ