“ABŞ Zelenskinin “qələbə planını” uğursuz hesab etdi” – “The Economist”


“ABŞ hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi “qələbə planı”nın mənasız olduğunu hesab edib”.

Turkustan.az xəbər verir ki, bu barədə “The Economist”ə adının açıqlanmasını istəməyən yüksək rütbəli ukraynalı məmur deyib.

Bildirilib ki, Zelenskinin təkliflərinin “eskalator potensialı” ABŞ hakimiyyəti tərəfindən yaxşı qarşılanmayıb:

“Onlar bunun pis fikir olduğunu deyirlər, baxmayaraq ki, problemin bir hissəsi bunu Ukrayna prezidentinin üzünə söyləməmələridir”.

Nəşrin həmsöhbəti qeyd edib ki, Zelenskinin təklifləri məcburi diplomatiya kimi qiymətləndirilməlidir.

Xatırladaq ki, oktyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya beş bənddən ibarət “qələbə planı” təqdim edib. Onun təklifləri arasında Ukraynanı NATO-ya dəvət etmək, Kiyevə silah tədarükü, Qərbin Rusiyadakı hədəflərə raket zərbələri endirməsinə qoyulan qadağanın aradan qaldırılması, həmçinin Rusiyanın “qeyri-nüvə çəkindirməsi” var. Sentyabrın sonu və oktyabrın əvvəlində Zelenski planın təfərrüatlarını Ukraynanın əsas müttəfiqlərinə, ilk növbədə ABŞ-yə təqdim edib. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ