SON DƏQİQƏ: Ərdoğan Rusiyaya səfərini yarımçıq qoyub təcili ölkəsinə qayıdır - SƏBƏB...


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam saatlarında TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumatda bildirilib ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub. 22 nəfər yaralanıb. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ