Kreml: Türkiyənin NATO-ya üzvlüyü BRİKS-ə daxil olmasına əngəl deyil


“BRİKS-ə daxil olması bu təşkilatı əməkdaşlıq üçün daha cəlbedici edəcək”

“NATO üzvü olan Türkiyənin BRİKS-ə üzv olmasına mane deyil”. AYNA xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“BRİKS və BRİKS-in əsas yanaşmaları baxımından burada heç bir əngəl yoxdur”, - Peskov deyib.

Kreml rəsmisi qeyd edib ki, Türkiyənin BRİKS-ə daxil olması bu təşkilatı əməkdaşlıq üçün daha cəlbedici edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ölkənin BRİKS ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.


MANŞET XƏBƏRLƏRİ