Zelenski daha bir plan hazırlayır – Nələr əks olunacaq?


Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyət orqanlarına daha bir plan hazırlamağı tapşırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna hakimiyyətindəki mənbələrə istinadla “BBC” məlumat yayıb.

Məlumatda deyilir ki, yeni plan Ukraynanın müharibədən “sağ çıxmasına” kömək edəcək və əsas etibarilə ölkə daxilindəki fəaliyyəti, görüləcək işləri əks etdirəcək. Söhbət bir çox sahələrdə - hərbi sənaye kompleksi, müdafiə, iqtisadiyyat, sosial siyasət və digər sahələrdə daxili qərarlara aid olacaq sənəddən gedir.

Eyni zamanda, belə bir təşəbbüs Ukrayna Prezidentinin “Qələbə planı”na alternativ deyil. Çünki bu plan Qərb tərəfdaşları ilə bağlı “Qələbə planı”ndan fərqli olaraq, Ukraynanın özünün atmalı olduğu addımları ehtiva edəcək.

Zelenskinin komandasındakı mənbə “Prezident artıq bu planı hazırlamaq üçün göstəriş verib”, - deyə bildirib. Plan ilin sonuna kimi hazırlanaraq ukraynalılara təqdim edilməlidir. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ