THY və Pegasus İrana uçuşları dayandırdı


Türk Hava Yolları (THY) və Pegasus Hava Yolları təhlükəsizlik səbəbiylə İrana uçuşları təxirə salıb. Bildirilib ki, THY və Pegasusun uçuşları ləğv etmək qərarı noyabrın 1-dək davam edəcək.

Turkustan.az xəbər verir ki, Türk Hava Yolları (THY) və Pegasus Hava Yolları İsrailin İrana hücuma hazırlaşdığı iddialarına görə bu ölkəyə uçuşları noyabrın 1-dək dayandırmağa qərar verib.

Əldə edilən məlumata görə, daha əvvəl təhlükəsizlik səbəbiylə Livana uçuşları dayandıran THY və Pegasus da eyni səbəblə İrana uçuşları ləğv edib.

Pegasus noyabrın 1-dək İranın paytaxtı Tehrana və Şiraz və İsfahan şəhərlərinə uçmayacaq.

THY də noyabrın 1-dək İranın bir çox şəhərinə uçuşları dayandırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ