Lufthansa İran və Livana uçuşların ləğvini 2025-ci ilə qədər uzatdı


Almaniyanın Lufthansa aviaşirkəti Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqlar səbəbilə İran və Livana uçuşların ləğv edilməsini 2025-ci ilə qədər uzaddığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, “Lufthansa”nın verdiyi açıqlamada şirkətin əməliyyat səbəblərindən önümüzdəki aylarda Tehran və Beyruta uçuşları davam etdirməyəcəyi bildirilib.

Açıqlamada Livanın paytaxtı Beyrutla əlaqənin 28 fevral 2025-ci il tarixinə qədər, Tehrana uçuşların isə 31 yanvar 2025-ci il tarixinə qədər dayandırıldığı bildirilib.

Lufthansa, İsrailin hücumlarından sonra artan təhlükəsizlik narahatlıqları səbəbindən son vaxtlar Yaxın Şərqə uçuşların ləğvini dəfələrlə uzadıb.

Bu həftənin əvvəlində Lufthansa Tel-Əvivə uçuşlarının dayandırılmasını noyabrın 10-na qədər uzatdığını açıqlamışdı.

Lufthansa Qrupuna həmçinin Eurowings, Swiss, Austrian Airlines və Brussels Airlines kimi şirkətlər daxildir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ