Misir və Səudiyyə Ərəbistanından İrana sürpriz təklif


İran Misir və Səudiyyə Ərəbistanının Qırmızı dənizdə birgə manevr tələb etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İran Ordusu Dəniz Qüvvələrinin komandanı Şəhram İrani verdiyi açıqlamada, "Səudiyyə Ərəbistanı Qırmızı dənizdə birgə hərbi təlimlər keçirməyimizi xahiş edib. Bundan əlavə, hər iki ölkə bir-birini limanlarına dəvət etdi" dedi.

Təlimin təfərrüatları ilə bağlı məlumat verən İrani, "Hər iki ölkənin təklifi, təlimin təkcə ikitərəfli təlimlə deyil, digər ölkələrin də iştirakı ilə genişləndirilməsidir. Bu baxımdan iki ölkənin nümayəndə heyətləri öz fəaliyyətlərini davam etdirirlər. Təlimlərin təfərrüatlarını müzakirə etmək üçün əlaqə saxlayın”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ