Ukraynada əhalinin sayı azalır: Əhali demək olar ki, üçdə bir azaldı


Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu 2022-ci ildə başlayan müharibədən bəri Ukrayna əhalisinin 8 milyon nəfər azaldığını açıqlayıb. Bu rəqəm ölkə əhalisinin təxminən 1/3 hissəsinə uyğundur.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Florens Bauer Ukrayna əhalisinin müharibə başlayandan bəri 8 milyon nəfər azaldığını açıqlayıb. Bu rəqəm 2022-ci il siyahıyaalınması ilə müqayisədə ölkə əhalisinin təxminən 1/3 hissəsinə uyğundur.

Ukraynanın hələ müharibədən əvvəl demoqrafik çətinliklərlə üzləşdiyini bildirən Bauer 2022-ci ildən davam edən və tezliklə üçüncü ilinə girəcək müharibənin Ukrayna əhalisinə böyük ziyan vurduğunu vurğulayıb.

Bauer Ukraynanın Avropada ən aşağı doğum nisbətinə malik ölkə olduğunu və bir çox insanın müxtəlif səbəblərdən ölkəni tərk etdiyini və əhalinin qocaldığını bildirib. Amma Ukrayna əhalisinə ən böyük zərbə Rusiya ilə müharibə nəticəsində miqrasiya olub.

Ukraynada vəziyyətin daha da pisləşdiyini vurğulayan Bauer, "Doğum nisbəti qadın başına 1 uşağa düşüb. Bu, Avropada ən aşağı, dünyada isə ən aşağı doğum nisbətidir. Eyni zamanda, milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Təxminən 6,7 milyon insan ölkə daxilində qaçqın vəziyyətindədir."

Bəzi bölgələrdə gənclərin miqrasiya etdiyi və daha çox yaşlıların qaldığı üçün əhalinin azaldığına diqqət çəkən Bauer, şiddətlənən müharibə səbəbindən çox böyük itkilərin olduğunu da sözlərinə əlavə edib.

Ukrayna əhalisinin 2014-cü ildən bəri təxminən 10 milyon nəfər, o cümlədən Rusiya ilə müharibənin başladığı 2022-ci ilin fevralından bəri 8 milyon nəfər azaldığını bildirib.

Bunun həm də insan resurslarında böyük itkiyə dəlalət etdiyinə işarə edən Bauer, insan kapitalının Ukraynanın bərpası və gələcəyinin qurulması üçün təcili ehtiyac duyulan bir qaynaq olduğunu bildirdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ