Rusiya-Ukrayna müzakirələri gərginliyi artırdı: Şimali Koreya və Cənubi Koreya müharibə edəcəkmi?


ABŞ Dövlət Departamenti Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya əsgər göndərməsi ilə bağlı iddiaları araşdırdıqlarını və bu məsələni müttəfiqləri ilə müzakirə etdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Patel, Şimali Koreya əsgərlərinin Rusiya qüvvələrini dəstəkləmək üçün Ukraynadakı müharibəyə qatıldığına dair xəbər və iddiaların olduğunu ifadə edərək, "Vəziyyəti araşdırmaqda davam edirik. Daha da əhəmiyyətlisi ortaqlarımız və müttəfiqlərimizlə məsləhətləşmələrimiz davam edir" dedi.

Müttəfiqlər, xüsusilə NATO üzvləri ilə dialoqun vacibliyinə diqqət çəkən Patel, "İddialar doğrudursa, Rusiyanın fəaliyyətlərinin təkcə Ukrayna və Avropanın təhlükəsizliyinə təsir etmədiyini bir daha görəcəyik" dedi.

Patel bəyan edib ki, bütün dünyada müttəfiqlər Rusiyanın fəaliyyətinin yaratdığı təhlükədən xəbərdardır.

Əgər iddialar doğrudursa, bu, təhlükə yaradır. Patel qeyd edib ki, Rusiya ilə Şimali Koreya arasında münasibətlərin yaxınlaşması Hind-Sakit okean regionu və qlobal təhlükəsizlik üçün sabitləşdirici amil deyil.

Cənubi Koreyanın Ukraynaya kəşfiyyat və hərbi səlahiyyətlilərdən ibarət bir qrup yerləşdirəcəyi iddiasından danışan Patel bunun ölkələrin suveren olaraq verəcəyi bir qərar olduğunu bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) liderləri ilə görüşdən sonra Brüsseldə jurnalistlərə bildirib ki, Rusiya döyüş meydanına təxminən 10 min Şimali Koreya əsgərini yerləşdirməyə hazırlaşır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ