“Hitler kimi generallara ehtiyacım var” – Tramp


ABŞ-nin keçmiş prezidenti, yenidən ABŞ-nin ən yüksək dövlət postuna namizəd Donald Tramp Hitlerdə olanlar kimi tam sadiq generallara ehtiyacı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, bu iddia çərşənbə axşamı “The Atlantic” jurnalında dərc olunan məqalədə yer alıb.

Jurnalın iki mənbəsinin sözlərinə görə, Tramp Ağ Evdəki söhbətlərındən birində: “Mənə Adolf Hitlerin olduğu kimi generallara ehtiyacım var”, - deyib.

“Onlar ona tamamilə sadiq idilər və onun əmrlərini yerinə yetirirdilər”, - respublikaçı o zaman izah edib.

Nəşr həmçinin Trampın Ağ Ev aparatının keçmiş rəhbəri Con Kellidən də sitat gətirib. O da guya Trampın Hitlerin generallarının sədaqətindən danışıb.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respubkiaçı Donald Trampın əsas rəqibi demokratların namizədi, vitse-prezident Kamala Harris olacaq. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ