Boykot nəticə verdi: Starbucks-ın qlobal satışlarında böyük azalma


ABŞ-ın qəhvə şəbəkəsi Starbucks-ın qlobal satışları iyul-sentyabr dövründə 7 faiz azalaraq, ardıcıl üçüncü rübdür.

Turkustan.az xəbər verir ki, sentyabrın 29-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində dördüncü rüb hesab edən qəhvə zənciri Starbucks, gələn həftə dərc olunacaq balans hesabatından əvvəl ilkin maliyyə nəticələrini açıqlayıb.

Buna görə Starbucks-ın qlobal müqayisəli mağaza satışları sözügedən dövrdə yüzdə 7 azalıb.

Starbucks-ın səhm başına qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 80 sent olub.

Şirkətin 2024-cü ilin tam maliyyə hesabatı üzrə qlobal müqayisə edilə bilən mağaza satışları da 2 faiz azalıb.

Starbucks, həmçinin yüksək səviyyəli icraçı dövriyyəni və şirkətin mövcud vəziyyətini nəzərə alaraq 2025-ci maliyyə ili üçün gözləntilərini elan etməyi dayandırdı.

İsrailin Qəzzaya hücumları səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən Starbucks-ın maliyyə nəticələri son üç rübdə mənfi təsir göstərib.

Qəhvə zənciri, qismən Yaxın Şərqdəki mağazalardakı satışlara mənfi təsir göstərdiyi üçün keçən ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu aşağı salmışdı.

Yanvar-mart dövründə şirkətin gəlirləri 2 faiz azaldığı halda, qlobal satışları 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk dəfə azalıb.

Starbucks, aprel-iyun dövründə qlobal satışlarının 3 faiz azaldığını bildirdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ