ABŞ-da 19 milyon ton böyük litium ehtiyatı tapıldı: Həm idxalı, həm də ixracı əhatə edir


ABŞ-ın 5-19 milyon tona qədər litium ehtiyatı tapdığı bildirilir. Arkanzasdakı Smackover Formation-da aşkar edilən ehtiyatın qlobal tələbatın doqquz qatını ödəyə biləcəyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) tərəfindən açıqlanan yeni kəşf 2030-cu il üçün proqnozlaşdırılan qlobal litium tələbatın ən azı doqquz qatını ödəyə bilər. Süni intellektə əsaslanan maşın öyrənmə üsullarından istifadə edilən bir araşdırma ilə təyin olunan litium ehtiyatlarının 5 ilə 19 milyon ton arasında olduğu öyrənilib.

Batareyalarda istifadə edilən litium, qalıq yanacaqlardan elektrik və hibrid avtomobillərə keçidlə kritik əhəmiyyət qazandı. Bu mənada aşkarlanan ehtiyatın ABŞ-ın litium idxalını da ödəyə biləcəyi bildirilir. ABŞ-ın 2030-cu ilə qədər aparıcı litium tədarükçüsü ola biləcəyi proqnozlaşdırılır.

ABŞ-ın neft və təbii qaz şirkəti Exxon regionda ilk quyunu 2023-cü ilin noyabrında açıb. Məlumdur ki, tərkibində litium olan Smackover Formasiyası Luiziana, Texas, Alabama, Missisipi və Floridaya qədər uzanır.

Litium bugünkü texnologiya və enerji çevrilməsində həyati əhəmiyyət kəsb edir. Xüsusilə elektrik və hibrid vasitələrin akkumulyatorlarında istifadə edilən litium-ion texnologiyası, qalıq yanacaqlardan uzaqlaşan avtomobil sənayesi üçün əvəzolunmaz hala gəldi. Bu akkumulyatorlar yüksək enerji sıxlığı və uzun ömür təqdim etməklə nəqliyyat vasitələrinin performansını artırsa da, bərpa olunan enerji ehtiyatlarının saxlanmasında mühüm rol oynayır.

Dünyada təmiz enerjiyə keçid zamanı litium enerjinin saxlanması və daşınmasında əsas komponent kimi önə çıxır.

Bu mənada litiumun strateji və iqtisadi əhəmiyyəti də artır. Onun elektron cihazlardan tutmuş enerji saxlama sistemlərinə qədər bir çox sektorda geniş tətbiqi litium ehtiyatı olan ölkələr üçün üstünlük təşkil edir. Litium hasilatı və ixracı sayəsində iqtisadi artım dəstəklənə və enerji müstəqilliyinə nail oluna bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ