İŞİD-in İraq lideri öldürüldü


İraqın terrorla mübarizə gücü olan İraq Xüsusi Əməliyyat Qüvvələri (ICTS) İŞİD terror təşkilatının "İraq valisi" olan terrorçunu zərərsizləşdirib. İŞİD-in İraqdakı bütün hərəkətlərinə cavabdeh olan terrorçu ilə yanaşı, daha 8 terrorçu məhv edilib.

Turkustan.az xəbər verir ki, İraqın Terrorla Mübarizə Qüvvələri, İraqın Terrorla Mübarizə Qüvvələri İraq Xüsusi Əməliyyat Qüvvələri (İKT) İŞİD-in "İraq valisi" kimi tanınan terrorçu ilə birlikdə 8 terrorçunu zərərsizləşdirib.

İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani açıqlamasında terrorçu komandirin İraqın cənub-şərqində zərərsizləşdirildiyini açıqlayıb.

Öldürülən DEAŞ komandiri İŞİD-in İraqdakı bütün hərəkətlərinə cavabdeh idi. Terrorçu komandirin ölümü ilə İŞİD-in İraqdakı ən mühüm komandiri aradan qaldırılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ