Bir mitinqin sirri – Səhnə yanında gözətçilik edən prezident, “Avropaya addımlayan” müxalifət(AÇIQLAMA)


“Gürcüstanda seçkilərə sayılı günlər qalmış daxili siyasi vəziyyət gərginləşməkdə davam edir. Reytinq siyahısında hazırda iqdidarda olan Gürcü Arzusu Partiyasının gerisində qalan müxalifət partiyaları Qərbin dəstəyi ilə ölkədə inqilab etmək niyyətindədir. Səhnədəki boşluqdan prezident Salome Zurabaşvili istifadə etmək qərarına gəlib”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyev bildirib.

Ekspert bildirib ki, “Gürcü Arzusunun dəstəyi ilə prezident kürsüsünə yiyələnib daha sonra onlara xilaf çıxan xanım prezident keçmiş müttəfiqlərinin devrilməsi üçün var qüvvəsini ortaya qoyub. Bir müddət əvvəl seçki sonrası bütün müxalifətin təmsil edəcəyi müvvəqəti keçid hökuməti lahiyyəsini irəli sürən Zurabaşvili indi də " Avropaya yürüyüş " aksiyası təşkil edib. Bu məsələ ona qərbməyilli müxalifətdən ciddi dəstək gəlib. Seçkiyə bir neçə gün qalmış gürcü müxalifəti və prezidentin Avropa sevgisinin yaranmasının iki səbəbi var. Birincisi, onlar Qərbə göstərmək istəyirlər ki, əgər siz Gürcüstanı əldə etmək istəyirsinizsə bizə dəstək verin. Biz Rusiyaya qarşıyıq və sizin yanınızda yer alacağıq. İkincisi isə gürcü xalqına göstərmək istəyirlər ki, müxalifətin məqsədi ölkənin Avropaya aparmaqdır. Bu ölkə əhalisinin mühüm hissəsi, əsasən də gənclərə təsir etmək üçün düşünülmüş plandır. Çünki Gürcüstanda gənclərin böyük əksəriyyəti, əsasən də ali məktəb tələbələri ölkənin Avropaya inteqrasiyanı ciddi şəkildə müdafiə edir. " Xarici agentlər " haqqında qanunun qəbulunun əlehinə keçirilən mitinqlərdə əsas lokomotiv qüvvə də məhz tələbələr idi. Zurabaşvili və müxalifət həmən gəncləri yenidən meydana çıxarmaq istəyirlər. Lakin burda bir qədər müəmma var”.

Z.Əmrəliyev əlavə olaraq bildirib ki, “Gürcü əhalisi nə qədər ölkənin Avropaya inteqrasiyaya siyasətini dəstəkləsə də Gürcüstanın Rusiya ilə tamamilə qarşı - qarşı gəlməsini və yeni müharibənin baş verməsini istəmir. Bu da aydın məsələdir ki, Qərbin əslində özünə sadiq şəxsləri hakimiyyətə gətirərkən onlardan ilk tələbi məhz Rusiyaya qarşı ikinci cəbhə açmaqla bağlı olacaq. Digər məsələ isə prosesə rəhbərlik edən Salome Zurabaşvilinin özünün şəxsiyyəti ilə bağlıdır. Onun Qərb ölkələri, xüsusilə də Fransaya çox bağlı olduğu bilinir. Həmçinin xanım prezidentin ölkədə o qədər də nüfuzu yoxdur. O, məhz Gürcü Arzusunun dəstəyi ilə öncə deputat, daha sonra isə prezident seçilib. Zurabaşvilinin sonuncu mitinq zamanı tribunanın yanında dayanıb çıxış edənlərə xüsusi nəzarət etməsi isə sanki prezidentin xüsusi öhdəlik götürdüyü və nəyinsə baş verəcəyindən ciddi şəkildə narahatlıq keçirdiyini göstərirdi. Anlaşılan budur ki, Qərb Gürcüstanı, Zurabaşvili isə prezidentliyi əldən vermək istəmir. Gürcü xalqının bu yolla Avropaya gedəcəyi isə şübhəlidir. Təcrübə göstərir ki, bu yol istənilən ölkəni ancaq fəlakətə aparır, nəinki tərəqiyyə və ya Avropaya.”

Eltac Züflüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ