İran: “Qonşularımız qarantiya verdilər ki,... ”


İranın xarici işlər naziri Abbas Erakçi deyib ki, ölkəsinə qonşu olan ölkələr öz torpaqlarının İrana qarşı istifadəsinə icazə verməyəcəklərinə zəmanət veriblər.

Turkustan.az xəbər verir ki, İran mərkəzli ANA Xəbər Agentliyinin məlumatına görə, Erakçi rəsmi təmasları çərçivəsində getdiyi Küveytdə bölgə ölkələrinə etdiyi səfərləri mətbuat mənsubları qarşısında dəyərləndirib.

Erakçi, "Qonşularımız torpaqlarının İrana qarşı istifadəsinə icazə verməyəcəklərinə zəmanət veriblər. Küveyt bölgədə səfər etdiyim 11-ci ölkədir. Bu ölkələrin hamısında gərginliyin sona çatması və artmaması mövzusunda fikir birliyi var”.

Bölgədəki ölkələrin birgə səy göstərdikləri təqdirdə müharibənin böyüməsinin qarşısını ala biləcəklərini ifadə edən Erakçi ölkəsinin hər cür ssenariyə hazır olduğunu və bölgədə müharibə istəmədiyini bildirib.

"İsrail bölgədə müharibəni genişləndirməyə çalışır, bu fəlakətin qarşısını almalıyıq" deyən iranlı nazir əlavə edib: "Bütün region ölkələri İsrailin İrana hücumuna qarşı olduqlarını bildiriblər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ