Çindən Tayvana təhdid: 09.00-13.00 arası...


Çin ordusu Niuşan adasının ətrafında real döyüş sursatı ilə atışma təlimi keçirib.

Turkustan.az xəbər verir ki, Tayvanla suverenlik mübahisəsi olan Çin bölgədə yeni hərbi təlimlərə başlayıb. Çin Dəniz Təhlükəsizliyi İdarəsindən verilən açıqlamada, Çinin cənub-şərqində və Tayvanın nəzarətində olan Matsu adalarının cənubunda yerləşən Niuşan adasında əsl sursatların istifadə ediləcəyi atışma təliminin başladığı bildirilib. Bölgənin yerli vaxtla 09.00-13.00 arası gəmilərin hərəkətinə bağlandığı bildirilib.

Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, sözügedən təlimin "Çinin gündəlik təliminin bir hissəsi" olduğu və yaxından izləndiyi bildirilib.

Tayvan lideri Lai Çinq-tenin "Tayvanın suverenliyi ada xalqına məxsusdur" bəyanatından sonra Çin keçən həftə Tayvan adasını əhatə edən genişmiqyaslı hərbi təlim keçirib. Tayvan Çinin təlimdə rekord sayda 153 hərbi təyyarə istifadə etdiyini açıqlayıb. Çin bəyan edib ki, təlim "separatçı fəaliyyətlərə qarşı xəbərdarlıqdır".

May ayında vəzifəyə başlayan Tayvan lideri Lai Çinq-te Çinin suverenlik iddialarını rədd edir və yalnız Tayvan xalqının öz gələcəyinə qərar verə biləcəyini müdafiə edir. Çin isə Laini “separatçı” kimi qələmə verir.

Pekin rəhbərliyi Tayvanın Çinin bir hissəsi olduğunu bildirərkən, Tayvan "müstəqil ölkə" olduğunu iddia edir. Çin administrasiyası “dinc yolla birləşmə” adı altında Tayvanı Çinə bağlamaq istəyir və bunun üçün güc tətbiq etməkdən çəkinməyəcəyini bəyan edir. Çin həmçinin digər ölkələrin Tayvanla rəsmi əlaqə saxlamasını “suverenliyin pozulması” kimi qiymətləndirir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ