İsrail Livandan üzr istədi


İsrail Müdafiə Qüvvələri Livan ordusunun 3 əsgərinin hava hücumunda öldürülməsinə görə üzr istəyib.

Turkustan.az xəbər verir ki, İsrailin dünən Livanın cənubuna endirdiyi hava hücumunda 3 Livan əsgəri həyatını itirib. Mövzu ilə bağlı açıqlamasında İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Nadav Şoşani, cənubdakı Nəbatiyyə əyalətinin Hanin bölgəsində raketatan qurğular və raketlər daşıdığı təsbit edilən Hizbullaha məxsus yük maşınının vurulduğunu və partlayışların baş verdiyini bildirib.

Sonrakı saatlarda Hizbullah və İsrail ordusunun əsgərlərinin toqquşduğu nöqtəyə başqa bir yük maşınının gəldiyini və bölgədəki əsgərlərin bu yük maşını hədəf aldığını bildirən Şoşani, sözügedən yük maşınının Livan ordusuna aid olduğunun müəyyən edildiyini və 3 əsgərin hücumda həlak olduğu bildirilib.

Şoşani, “Livan ordusuna aid bir yük maşınının gəlişi İsrail ordusuna məlum deyildi. “İD Livan ordusuna qarşı əməliyyatlar keçirmir və bu gözlənilməz vəziyyətlərə görə üzr istəyir”.

Livan ordusundan dünən verilən açıqlamada İsrailin Livanın cənubundakı Ayn Ebel qəsəbəsində bir ordu avtomobilini hədəf aldığı və 3 Livan əsgərinin həyatını itirdiyi bildirilib.

Eltac Züflüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ