İrandan ABŞ-a xəbərdarlıq: Rəsmi olaraq elan etdilər


İran xəbərdarlıq edib ki, ABŞ İrana hücumda İsrailə dəstək verərsə, şərik olacaq.

Turkustan.az xəbər verir ki, İranın BMT-dəki (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının üzvləri və BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.

İrəvani məktubda ABŞ prezidenti Co Baydenin Berlində verdiyi açıqlamada İsrailin İrana hücumu ilə bağlı məlumatlara malik olduğunu bildirdiyini xatırladaraq, "Bu, İsrailin İrana qarşı qeyri-qanuni hərbi təcavüzünü ABŞ-ın üstüörtülü şəkildə bəyənməsidir və dəstək deməkdir."

Baydenin bəyanatının ABŞ-ın regional gərginliyi azaltmaq istədiyi ilə bağlı iddiaları ilə də ziddiyyət təşkil etdiyini deyən İrəvani, sözügedən bəyanatların təxribat xarakterli və təhlükəli olduğunu qeyd edib.

Məktubda İrəvani xəbərdarlıq edib ki, ABŞ-ın İsrailə texniki dəstək, qabaqcıl silahlar və hərtərəfli hava hücumundan müdafiə sistemləri ilə dəstəyi ABŞ-ı tərəfdaşa çevirəcək.

BMT Təhlükəsizlik Şurasının sözügedən təxribatı pisləməli olduğunu vurğulayan İrəvani ABŞ-dan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əməl etməyi tələb edib.

ABŞ prezidenti Bayden Almaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bir jurnalistə "İsrailin İrana hücumunun necə və nə vaxt baş verəcəyi ilə bağlı məlumatınız varmı?" sualına “hə” cavabını verib.

Suallara baxmayaraq, Bayden İsrailin hücum planı haqqında məlumat verməkdən yayınıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ