Ərəb Liqası Qəzza ilə bağlı təcili toplantı keçirəcək


Ərəb Liqası İsrail ordusunun Qəzzada Fələstin xalqına qarşı törətdiyi soyqırımı dayandırmaq üçün daimi nümayəndələr səviyyəsində fövqəladə toplantı keçiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fələstinin çağırışından sonra Ərəb Liqası daimi nümayəndələr səviyyəsində fövqəladə toplantı keçirmək qərarına gəlib. Ərəb Liqasından edilən yazılı açıqlamada qeyd olunub ki, daimi nümayəndələr bu gün Misirin paytaxtı Qahirədə bir araya gələrək, törədilən soyqırım və məcburi köçkün cinayətlərinin dayandırılması üçün beynəlxalq və ərəb ölkələri səviyyəsində nələrin edilə biləcəyini müzakirə edəcəklər.

Fələstinin Ərəb Liqasındakı Daimi Nümayəndəsi Muhenned əl-Akluk, Ərəb Liqasını İsrailin Qəzzada, xüsusilə şimalda məhv etmə cinayətləri, məcburi köçkünlük və aclıqdan məhrum etmə cinayətlərini müzakirə etmək üçün iclasa çağırmışdı. Akluk bəyan edib ki, Ərəb Liqası İsrailin tarixdə misli görünməmiş bu cinayətlərə görə tarixi məsuliyyətini öz üzərinə götürməlidir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ