Putin Ərdoğanla görüşəcək


Oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin BRİCS sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.

Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml rəhbərinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Rusiya prezidentinin Çin sədri, BMT baş katibi və digər liderlərlə də danışıqları planlaşdırılıb" - Uşakov əalvə edib.

Qeyd edək ki, BRİCS-in sayca 16-cı sammiti Rusiyanın Kazan şəhərində baş tutacaq. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ