Hizbullah Hayfa yaxınlığındakı Zevulun bölgəsini bombaladığını açıqladı


Hizbullah İsrailin şimalındakı Hayfa yaxınlığındakı Zevulun bölgəsini raketlərlə bombaladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Hizbullah tərəfindən edilən yazılı açıqlamada, Qəzza zolağında Fələstin xalqına və müqavimətə dəstək olmaq və Livan xalqını müdafiə etmək məqsədilə Hayfa yaxınlığındakı Zevulun bölgəsinin "böyük raket zərbəsi" ilə bombalandığı bildirilib.

Açıqlamada Livanın cənubundakı Ayta əl-Şaab qəsəbəsi ətrafında İsrail əsgərlərinin də raketlərlə hədəf alındığı, hücumda İsrail əsgərlərinin öldüyü və yaralandığı bildirilib.

Hizbullah Nəbatiyyə şəhərinin Marcayun bölgəsindəki Kefr Kila qəsəbəsi ətrafında bir qrup İsrail əsgərinin hərəkətlərinin müşahidə edildiyini və onların artilleriya hücumu ilə hədəf alındığını qeyd edib.

Hizbullah dünən verdiyi yazılı açıqlamada 23 sentyabrdan bəri Livana hücumlarını artıran İsrailə qarşı gərginliyi artıracaq yeni mərhələyə keçəcəyini açıqlayıb.

Bəyanatda, Livana qarşı quru hücumlarının başladığı gündən bu yana 55 İsrail əsgərinin öldürüldüyü, 500-dən çoxunun yaralandığı, 20 Merkava tankı, 4 hərbi buldozer və bir zirehli personal daşıyıcısının məhv edildiyi bildirilib. eləcə də 2 ədəd Hermes 450 tipli insansız hava vasitəsinin (İHA) atıldığı vurğulanıb.

İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı məhdud və intensiv qurudan hücumlara başladığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ