Netanyahu məhbus mübadiləsi danışıqlarını müzakirə etmək üçün təhlükəsizlik toplantısı keçirəcək


İsrailin baş naziri Benyamin Netanyahunun bu gün məhbus mübadiləsi danışıqlarını müzakirə etmək üçün təhlükəsizlik toplantısı keçirəcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, yerli media Netanyahunun bəzi nazirlər və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə “şəxsi” görüş keçirəcəyini bildirib.

Təl-Əvivdə Müdafiə Nazirliyinin kampusunda keçiriləcək təhlükəsizlik toplantısında İsrail və HƏMAS arasında əsir mübadiləsi danışıqlarının müzakirə ediləcəyi bildirilib.

Qeyd edilib ki, məhbus mübadiləsi danışıqlarının müzakirə ediləcəyi “xüsusi təhlükəsizlik toplantısı” İsrail rəhbərliyinin Həmas lideri Yəhya Sinvarın Qəzzanın cənubundakı hücumda “həyatını itirdiyi” bəyanatından sonra keçirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ