İraq ordusunun Kərkükdə keçirdiyi əməliyyatda 4 İŞİD üzvü öldürüldü


İraq ordusunun Kərkük şəhərinin şimalındakı Şüvan rayonunda keçirdiyi əməliyyatda 4 terror təşkilatı DEAŞ üzvünün öldürüldüyü bildirilib.

Turkustan.az xəbər verir ki, Kərkük Birgə Əməliyyat Komandanlığından verilən yazılı açıqlamaya görə, İraq Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri ilə Şuvan yaxınlığında DEAŞ-a qarşı əməliyyat keçirilib.

Bölgədən alınan kəşfiyyat məlumatları qiymətləndirən İraq ordusu DEAŞ ünsürlərinin yerini müəyyən etdikdən sonra əməliyyat keçirib və terror təşkilatının 4 üzvü məhv edilib.

İraq ordusu bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Terror təşkilatı DEAŞ 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar əyalətlərini bütünlüklə, Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

Keçmiş baş nazir Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da DEAŞ-a qarşı qələbəsini elan edib.

İraqın DEAŞ-dan təmizlənməsindən 5 ildən çox vaxt keçməsinə baxmayaraq, sözügedən vilayətlərin kənd yerlərində təşkilatın hücumları davam edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ