Rusiya ordusu iki şəhərə doğru irəliləyir


Rusiya qoşunları Donetsk vilayətində Çasiv Yar və Kuraxiv şəhərlərinə doğru irəliləyirlər.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

İrəliləyiş Kuraxivdən 10 kilometrdən az məsafədə yerləşən Maksimilyanivka kəndində qeydə alınıb.

“Düşmən Çasiv Yar, Maksimilyanivka və Tsukurini yaxınlığında irəliləyib”, - məlumatda deyilir.

“DeepState”in xəritəsində rusların bir neçə istiqamətdən Kuraxivka, Aleksandropol və Qirnikə doğru irəlilədikləri göstərilir.

Rusiya qüvvələrinin xüsusən də Kuraxiv şəhəri istiqamətində hücumlarını fəal şəkildə davam etdirdiyi bildirilir. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ