Ukraynanın “F-16” ümidləri boşa çıxır – Təyyarələr hələ 1 il Kiyev səmasında olmayacaq


Birləşmiş Ştatlar “F-16”-ları idarə etmək üçün ukraynalı pilotların hazırlanmasını təcrübəli pilotlardan gənc kursantlara yönəldib.

Turkustan.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazır. Amerika rəsmilərinin nəşrə verdiyi məlumata görə, bu, döyüş əməliyyatlarından azad edilən, ingilis dilini lazımi səviyyədə bilən təcrübəli ukraynalı pilotların olmaması ilə bağlıdır. Bundan başqa, qəzetin bəzi həmsöhbətlərinin fikrincə, kursantlar Qərb standartları üzrə təlimə daha çox hazırdırlar.

“TheWall Street Journal” yazır ki, bununla belə, qərar Ukraynanın döyüşə hazır olan Qərb istehsalı olan təyyarələrdən ibarət tam hüquqlu eskadriyaya malik olması bir neçə ay uzada bilər.

Təlim proqramı ilə tanış olan iki mənbəyə görə, “F-16”-nın tam eskadrilyasının (20 təyyarə və 40 pilot) gələn ilin yazı və ya yayına qədər Ukraynada görünməsi ehtimalı azdır. Qəzet bildirir ki, təcrübəli pilotlar əsas uçuş təlimlərini atlaya bilsələr də, yeni başlayanlar Arizona və Rumıniyadakı “F-16” kursuna keçməzdən əvvəl Britaniya və Fransadakı bazalarda uçmağı öyrənməyə bir il sərf etməlidirlər.

Pentaqonun adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi isə jurnalistlərə bildirib ki, ABŞ hələ də təcrübəli pilotları qəbul edir. Ukrayna Hərbi Hava Qüvvələri bu barədə qəzetin şərh sorğusuna cavab verməyib. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ