Türkiyə-İsrail arasında müharibə başlaya bilərmi? - ŞƏRH


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konfransda çıxışı zamanı deyib ki, Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır.

Onun sözlərinə görə, müharibənin yaxın zamanda dayanmayacağı təqdirdə daha da genişlənə bilər.

Bəs Türkiyə-İsrail arasında müharibə başlaya bilərmi?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəylinin deputatlığa namizədliyi qeydə alındı - FOTO - GlobalInfo.az

Ə.Əlibəyli bildirib ki, “müharibənin başlayacağına inanmıram. Dərinliyinə təhlil edəndə Türkiyə ilə İsrailin maraqları hətta üst üstə düşür. Sadəcə kürd məsələsi ilə bağlı region uğrundakı qüvvələr balansı münasibətdə fərqli mövqelərin müşahidə olunmasının şahidi ola bilərik. Amma böyük ölçüdə hər ikisinin rəqabət apardığı güclülər aşağı-yuxarı eynidir.

Sadəcə indiki vəziyyətdə Türkiyə rəhbərliyinin də müəyyən qayğılar var və İsraillə münasibətlərdə səsləndirdiyi düşüncələr Kürd Muxtar Diyarının rəhbəri Barzaninin Türkiyə səfərində də müzakirə mövzusu idi. Bir az bu prizmadan baxdıqda ki ortada bir reallıq var, Suriyada və İraq ərazisində yarım müstəqilləşmiş Kürdüstan ərazisi var vəTürkiyə ilə İsrailin burada münasibətinə nə formada olacaq? Bu məsələləri uzlaşdırmaq lazımdır. Qalanı Fələstin məsələsidir, Yaxın Şərqdir və İran böhranıdır. Bu prizmadan İsraillə Türkiyənin toqquşması üçün əsaslı səbəblər yoxdur. Tam əksinə əməkdaşlıq üçün geniş imkanlar var”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ