“Əgər prezidentlik postundan gedəndən sonra Rusiya lideri Putinlə danışmışamsa, deməli çox ağıllı və müdrik insanam”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
O, Rusiya prezidenti Vladimir Putinlə 2021-ci ildə öz postundan getdikdən sonra danışıb-danışmadığını söyləməkdən imtina edib. Lakin bildirib ki, əgər Kreml rəhbəri ilə danışsa, bu çox müdrik addım olardı.
“Əgər bu addımı atmışamsa, ağıllı formada etmişəm”, – Tramp vurğulayıb.
Xatırladaq ki, məşhur “Washington Post” yazarı Bob Vudvordun “Müharibə” adlı yeni kitabında deyilir ki, Tramp 2021-ci ilin yanvarında Ağ Evi tərk etdikdən sonra Putinlə bir neçə dəfə danışıb. /globalinfo.az/