Ukrayna Xarkovu boşaldır: məcburi təxliyə...


Xarkov vilayətində üç icmanın sakinləri məcburi təxliyə ediləcəklər. Bu qərar xüsusilə Kupyansk şəhərinə aiddir.

Turkustan.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O bildirib ki, Xarkov vilayətində qış mövsümünə hazırlıq gedir. Ən çətin vəziyyət indi Kupyansk istiqamətindədir. Mövsümə hazırlıqla bağlı briqadalar müntəzəm olaraq atəşə məruz qalırlar. Şəhəri ayıran Oskol çayının sol sahilində elektrik enerjisinin, eləcə də istilik və su təchizatının bərpasına zəmanət verilə bilməz.

Onun sözlərinə görə, təkcə Oskol çayının hər iki sahilində 7 min nəfər yaşayır. Administrasiya rəhbəri vurğulayıb ki, Xarkov şəhərində təxliyə üçün yerlər hazırlanıb. Artıq 234 uşaq ailələri ilə birlikdə Kupyansk və yaxınlıqdakı icmalardan təxliyə edilib.

Sinequbov qeyd edib ki, bu gün həmçinin İzyum rayonunun Borovaya kəndindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ