Rusiya Kurskda irəliləyir – Sudjanın 7 kilometrliyinə çatıb


Rusiya ordusu Kursk vilayətində əks-hücum əməliyyatını davam etdirir və Ukraynanın nəzarəti altında olan əraziləri geri qaytarmağa çalışır.

Turkustan.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) rus ordusunun son 24 saat ərzində Kursk vilayətindəki əsas Ukrayna platsdarmının ərazisində irəlilədiyini qeyd edib.

Xüsusilə, rusların Sudja şəhərinin təxminən yeddi kilometrliyinə qədər irəlilədiyi bildirilir.

Kremlin təbliğatçıları iddia edirdilər ki, rus ordusu Tolstıy Luq (Korenevonun cənub-şərqi) və Çerkassı Konopelkanı (Sudjanın cənub-şərqi) geri alıblar. Rusiya tərəfi həmçinin bəyan edib ki, ordu Korenevonun cənub-şərqində Novoivanovka ərazisində və Sudjanın cənub-şərqində Borki və Plexovo bölgələrindəki əraziləri geri alıb. Lakin ISW analitikləri Rusiyanın bu iddialarının heç bir sübutunu görmür.

Bundan əlavə, ruslar oktyabrın 14-də Novıy Put kəndini (Qluşkovun cənub-qərbində) ələ keçirdiklərini və Ukrayna qoşunlarını Vesyolının cənubundan sıxışdırdıqlarını iddia edirlər. ISW bu iddiaları da təsdiqləyən dəlil tapmayıb.

Yağışlı hava şəraitində Rusiya Ordusunun tırtıllı hərbi maşınları Ukraynanın təkərli maşınları ilə müqayisədə üstünlüyə malikdir. Bu da hərbi əməliyytaların gedişinə təsir edir.

/AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ