Hizbullah İsrail əsgərlərinin toplaşdığı bir çox nöqtəni, xüsusilə Livanın cənub sərhədi yaxınlığındakı El-Mark və Hale Verde bölgələrini raketlərlə hədəfə aldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Hizbullahın Telegram səhifəsində edilən açıqlamada, İsrailin şimalındakı El-Marc bölgəsi və ətrafındakı mövqelərin 3 dəfə raketlə vurulduğu bildirilib.
Livanın cənubundakı Rab Selasin qəsəbəsi ətrafına sızmağa çalışan İsrail piyada birlikləri ilə Hizbullah ünsürləri arasında qarşıdurmaların hələ də davam etdiyi bildirilib.
İşğal altında olan Şeba Təsərrüfatlarının Es-Sedane və Bereke An-Nakar bölgələrində toplanan İsrail əsgərlərinin də raketlərlə hədəfə alındığı qeyd edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, İsrailin Livanın cənub sərhədi yaxınlığında yerləşən Kiryat Şimona bölgəsi də Hizbullah ünsürlərinin hədəfindədir.
İsrailin Livandakı hücumlarında 2 min 309 adam həyatını itirib
2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 2023-cü il oktyabrın 8-dən bu yana həyata keçirdiyi hücumlarda 104-ü uşaq, 194-ü qadın olmaqla ümumilikdə 2309 nəfər ölüb, 10782 nəfər yaralanıb.
Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 430 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.
Hizbullah İsrailə raket və raketlərlə cavab verir. Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi itkilər qeydə alınmayıb.
Eltac Zülfüqaroğlu/Turkustan.az