Ukraynanın baş prokuroru Andrey Kostin Braziliya hakimiyyətindən Rusiya Prezidenti Vladimir Putinin Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə onun həbs edilməsini istəyib.
Turkustan.az xəbər verir ki, A. Kostin bu barədə “Reuters” nəşrinə müsahibəsində bildirib.
“Bir daha qeyd etmək istərdim ki, Braziliya hakimiyyəti Roma Əsasnaməsinə üzv olan dövlət kimi, onu (Putini-red.) həbs etməyə borcludur”,-deyə o, bildirib.
Baş prokuror Putinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyətin birləşməsinin vacibliyini vurğulayıb.
Nəşrin məlumatına görə, Putinin G20 sammitində mümkün iştirakı ilə bağlı məlumat Ukrayna baş prokurorunun reaksiyasına səbəb olub. O, hesab edir ki, Braziliya Roma Statusu və Beynəlxalq Cinayət Məhkəməsi üzrə öhdəliklərini yerinə yetirməlidir. Bundan əvvəl Ukrayna Monqolustan və Türkmənistana da müraciət edərək Vladimir Putinin həbs olunmasını xahiş edib.
Qeyd edək ki, Kreml dəfələrlə bəyan edib ki, Moskva Rusiya prezidentinin həbsi ilə bağlı Beynəlxalq Məhkəmənin qərarını heçnə hesab edir. /AzPolitika.info/