Trampdan İrana xəbərdarlıq: “Nəticələri ağır olacaq”


ABŞ İranın keçmiş prezident Donald Trampa qarşı təhdidlərini illərdir “yaxından” izlədiyini bəyan edib və Tehranın hər hansı bir ABŞ vətəndaşına hücumunun “ciddi nəticələrin” olacağı barədə xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett təhdidlərlə bağlı yazılı açıqlama verib. “Biz buna ən yüksək prioritet olan milli və daxili təhlükəsizlik məsələsi kimi baxırıq və İranı bu həyasız təhdidlərə görə şiddətlə qınayırıq”.

Savett bəyanatında qeyd edib ki, İran hər hansı vətəndaşa, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya xidmət etmiş şəxslərə hücum edərsə, ciddi nəticələrlə üzləşəcək.

Təhdidlərlə bağlı qurumların daim və tez bir zamanda Trampın təhlükəsizlik bölmələrinə lazımi məlumatları təqdim etdiyini vurğulayan Savett, prezident Co Baydenin gizli xidmətə bu təhdidlərə qarşı mübarizə aparmaq üçün bütün lazımi resursları, imkanları və qoruyucu tədbirləri görməsi barədə göstərişini təkrarladığını bildirib.

Prezidentlik yarışı zamanı sui-qəsd cəhdinə məruz qalan Respublikaçı prezidentliyə namizəd Trampın “İran təhdidi”ni əsas gətirərək seçki prosesi zamanı istifadə etmək üçün hərbi təyyarə və nəqliyyat vasitələri tələb etdiyi iddia edilib.

İyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı keçmiş ABŞ prezidenti Tramp da sui-qəsd cəhdinə məruz qalıb və o, qulağından aldığı xəsarətlə hücumdan sağ çıxıb. Trampa atəş açdığı deyilən şəxs öldürülüb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ