ABŞ və Səudiyyə Ərəbistanı arasında milyard dollarlıq razılaşma


ABŞ avqust ayında verdiyi qərarla Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı aradan qaldırdıqdan sonra raket və hərbi texnikanın satışını təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamenti; Xarici Hərbi Satış (FMS) kanalı vasitəsilə Səudiyyə Ərəbistanına AGM-114R3 Hellfire II və AIM-9X Block II hava-hava raketlərinin və müvafiq avadanlıqların, o cümlədən artilleriya sursatlarının təxmini dəyəri 1 milyard ABŞ dolları dəyərində satışını təsdiqləyib.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) 11 oktyabr 2024-cü ildə Konqresə bu potensial satış barədə məlumat verən tələb olunan sertifikat verib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ