Rusiyanın hədə-qorxu taktikasının NATO-ya heç bir təsiri olmayacaq.
Turkustan.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
Baş katib Qərb hərbi blokunun Kiyevə güclü dəstəyinin davam edəcəyini açıqlayıb.
“Mesaj ondan ibarətdir ki, biz davam edəcəyik, onun (Putin) məqsədinə çatmaması, Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa edəcəyik”, - Rutte vurğulayıb.
NATO rəhbəri Rusiya ilə döyüşə hazır olduqlarını da bəyan edib:
“Biz NATO-yuq. Biz müdafiə ittifaqıyıq, hücum etmirik. NATO ərazisindən kənarda hər hansı başqa ölkənin ərazisini ələ keçirməkdə maraqlı deyilik. Dünya tarixinin ən güclü ittifaqı olan, 1 milyard insana xidmət edən demokratik bir ittifaq olaraq biz istənilən təhlükə ilə üzləşməyə hazırıq. Heç vaxt rəqiblərimizdən qorxmuruq”. /teleqraf.com/