“Hizbullah”la İsrail arasında artan müharibə yeni sürət qazanır. İsrailin şimalında 1500-ə yaxın erməninin yaşadığı ən böyük şəhər olan Hayfa son günlər kütləvi bombardmanların hədəfinə çevrilib.
Publika.az erməni sayt "Hraparak"a istinadən xəbər verir ki, İsrailin bombalanmış şimal bölgələrində ümumilikdə 3000, Hayfada 1500 erməni yaşayır. Həqiqətən də son günlər Hayfada vəziyyət daha da pisləşir, çünki orada hərbi bazalar var və "Hizbullah" onlara hücum etməyə çalışır.
Şəhərə hər gün 100-dən çox raket atılır. Yaralananlar arasında 46 yaşlı erməni Davit Mirzoyan da var.
"Ermənilər də öz hakimiyyətini müharibə yolu ilə saxlayan Netanyahuya qarşıdırlar”, - deyə məlumatda bildirilir.