Trampın bu iddiası Obamanı hərəkətə keçirdi


ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, qaradərililərin Trampı daha çox dəstəklədiyi bildirildikdən sonra Obama bu insanları Harrisə səs verməyə çağırıb və Trampın “yalnız öz eqosu, statusu və pulu ilə maraqlandığını” bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama, son sorğular Respublikaçıların prezidentliyə namizədi Donald Trampın qaradərililərdən Demokratlar Partiyasından rəqibi Kamala Harrisdən bir qədər çox dəstək aldığını göstərdikdən sonra qaradərililəri Harrisə səs verməyə çağırıb.

"Düşünürəm ki, siz qadının prezident olması fikrini həzm edə bilmirsiniz, ona görə də başqa alternativlərə müraciət edib bəhanələr tapırsınız." Bu vəziyyətin qəbuledilməz olduğunu bildirən Obama qaradərililəri Demokrat namizəd Harrisə səs verməyə çağırıb.

ABŞ-da qaradərililərin hüquqları ilə bağlı ən böyük qeyri-hökumət təşkilatı olan Qaradərililərin Hüquqlarının İnkişafı üzrə Milli Assosiasiyanın (NAACP) sentyabr ayında keçirdiyi sorğu göstərir ki, Tramp qaradərililərdən həm hazırkı rəqibindən, həm də rəqibindən bir qədər çox dəstək alıb.

Çıxışında Trampı tənqid edən Obama bildirib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd “yalnız öz eqosu, statusu və pulu ilə maraqlanır”. Obama, Trampın Amerika xalqına daha yaxşı şeylər təklif edəcəyini düşünən insanları anlamadığını ifadə edərək, "Bu adamın özündən başqasını düşündüyünə dair qətiyyən heç bir dəlil yoxdur" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ