Prezidentlik yarışı zamanı sui-qəsd cəhdinə məruz qalan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın "İran təhlükəsi"ni əsas gətirərək seçki prosesi zamanı istifadə etmək üçün hərbi təyyarə və nəqliyyat vasitələri tələb etdiyi iddia edilib.
Turkustan.az xəbər verir ki, Amerikanın Washington Post (WP) qəzetində dərc olunan və Trampın seçki kampaniyası komandası ilə ABŞ Məxfi Xidməti arasındakı yazışmalara əsaslanan iddia Trampın “İranın ona sui-qəsd etmə ehtimalı” ilə bağlı narahatlığını ortaya qoyub.
WP-nin xəbərində, Trampın seçki kampaniyası komandasının meneceri Susie Wiles-in Məxfi Xidmət Direktoru Ronald Rouya göndərdiyi elektron məktublarda "Trampın seçki səfərlərində istifadə olunacaq hərbi təyyarələr və nəqliyyat vasitələri" tələb etdiyi bildirilib.
Trampın komandası hökumətdən “İranın hələ də ona qarşı sui-qəsd cəhdi edə biləcəyi” ilə bağlı brifinq aldıqlarını və bu təhlükə qarşısında Gizli Xidmətdən hərbi təyyarə və nəqliyyat vasitələri tələb etdiklərini qeyd edib.
Xəbərə görə, Respublikaçı namizədin təşviqat qrupu Trampın mitinqlərinin keçirildiyi yerlərdə əlavə uçuş qadağası və Tramp və komandası üçün xüsusi ballistik şüşə qoruyucuları da istəyib.
Xəbərdə yer alan məlumata görə, ABŞ tarixində seçki kampaniyası zamanı hərbi təyyarədən istifadə edən namizədin olmadığı bildirilib.
İyulun 13-də Pensilvaniyada keçirilən mitinq zamanı keçmiş ABŞ prezidenti Tramp da sui-qəsd cəhdinə məruz qalıb və o, qulağından aldığı xəsarətlə hücumdan sağ çıxıb. Trampa atəş açdığı deyilən şəxs öldürülüb.
Eltac Zülfüqaroğlu/Turkustan.az