"Müharibələr silahlarla deyil, proqram kodu ilə qazanılacaq" - AI istehsalçısı şirkəti


Gələcəkdə müharibələrdə kodla qalib gəlincəcək və ən əsası ordunun ixtiyarında olan silahlar deyil, onun işlədiyi proqram təminatı olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniyanın hərbi süni intellekt (Al) istehsalçısı "Helsing" şirkətindən "Politico"ya bildirilib.

Şirkət deyir ki, onlar insanlara daha ​​sürətli, daha yaxşı qərarlar qəbul etmək və silahların ölümcül təsirini artırmaq üçün Avropa hərbi sensorları və silah sistemlərindən milyonlarla məlumatı emal edir. İndiyədək şirkət Britaniya, Almaniya, Fransa, Estoniya və Ukrayna hökumətləri ilə müqavilələr imzalayıb. Xüsusilə, şirkət Almaniyanın "Eurofighter Electronic Warfare" qırıcısının "Saab" ilə birlikdə modernləşdirilməsi, Almaniya, Fransa və İspaniyanın çoxmillətli birgə təşəbbüsü olan Gələcək Döyüş Hava Sistemi üçün süni intellekt infrastrukturunun yaradılması, "Airbus" şirkətinin gələcək "Wingman" sistemi üçün müqavilə alıb.

"Müdafiə getdikcə daha çox proqram probleminə çevrilir", deyə şirkətin həmtəsisçisi və baş icraçı direktoru Gundbert Şkerf bildirib.

O, Avropa İttifaqının süni intellekt kimi geridə qaldığı əsas sahələrdə texnoloji liderliyə nail olmasının lazım olduğunu, əks halda özünü ABŞ-dan asılı vəziyyətə salacağını bildirib. /qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ