İran Prezidenti Məsud Pezeşkian İsraili Yaxın Şərqdə hərbi əməliyyatları dayandırmağa çağırıb.
Turkustan.az xəbər verir ki, İran lideri “Rossiya1” televiziyasına açıqlamasında bu barədə danışıb.
O, İsrail tərəfinin “bütün mümkün beynəlxalq razılaşmaları” pozduğunu vurğulayıb:
“İsrailə demək istərdim ki, dayanın, günahsız insanları öldürməyin, yaşayış binalarını bombalamağı və onsuz da heç nəyi olmayan insanları öldürməyi dayandırın. İsrail bütün beynəlxalq müqavilələri pozub. İsrail bunu ona görə edir ki, onun arxasında ABŞ və Avropa İttifaqı dayanır”.
bizim.media