Partlayış səbəbindən Avropa Parlamentinin üzvlərini daşıyan qatar boşaldılıb.
Turkustan.az xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən Baş Assambleyanın iclası başa çatdıqdan sonra Avropa Parlamentinin (AP) deputatlarını Brüsselə aparan sürət qatarı texniki nasazlıq səbəbindən baş verən partlayış nəticəsində boşaldılıb.
Eurostar dəmir yolu şirkətindən əldə edilən məlumata görə, Strasburq-Brüssel xəttində çarter reysi həyata keçirən qatar yola düşdükdən qısa müddət sonra texniki problem yaşayıb və bu, partlayışa səbəb olub.
Partlayışdan sonra yanğınsöndürmə briqadaları sürətlə hadisə yerinə göndərilib, qatar təxliyyə edilib və deputatlar Parisə göndərilib. Hadisədən sonra bəzi millət vəkilləri sosial şəbəkədə öz reaksiyalarını bildirib, qəzəbli paylaşımlar ediblər.
Deputatların vəziyyətinin yaxşı olduğu bildirilib.
AP Baş Assambleyası ayda bir dəfə Brüsseldə deyil, Strasburqda toplanır. Bu ayın sessiyaları oktyabrın 7-də başlayıb və bu gün başa çatıb.
Bu hadisə də mənə əvvəllər baş vermiş maraqlı bir hadisəni xatırlatdı. Keçmişdə Avropa Parlamentinin deputatlarını daşıyan başqa bir sürət qatarının səhvən Strasburq yerinə Parisdəki Disneylendə getməsi sosial mediada zarafatlara səbəb olmuşdu.
Eltac Zülfüqaroğlu/Turkustan.az