Rusların demək olar ki, üçdə biri hərbi əməliyyatları dayandırmaq üçün 2022-ci ildən başlayaraq zəbt olunan bütün əraziləri Ukraynaya qaytarmağa razıdır.
Turkustan.az xəbər verir ki, Rusiyanın “Levada Mərkəzi”nin keçirdiyi sorğunun nəticələrində belə deyilir.
Araşdırmaya görə, respondentlərin 31%-i Vladimir Putin Kiyevin şərtləri ilə, yəni Rusiya qoşunlarının işğal olunmuş bütün torpaqlardan tamamilə çıxarılması yoluyla müharibəyə son qoyacağı təqdirdə onun qərarını dəstəkləyəcək. Rusların 14%-i hadisələrin bu cür inkişafını dəstəkləməyə “mütləq” hazırdır, digər 17%-i isə “çox güman ki” dəstəkləyəcəyini bildirib.
“Levada”nın sorğusunda iştirak edənlərin 16%-i “dnr” və “lnr”-i sülh naminə Ukraynaya geri qaytarmağa razıdır.
Rusiyalıların 78 faizi dərhal atəşkəs əldə olunmasını istəyir. 2024-cü ilin mayında bu göstərici 70%, 2023-cü ilin mayında isə 64% olub.
Sorğuda iştirak edənlərin demək olar ki, yarısı – 47%-i müharibənin Rusiyaya “xeyirdən çox zərər gətirdiyini” düşünür. 2023-cü ilin may ayı ilə müqayisədə bu göstərici 6 faiz çoxdur. Lakin rusların 28% -i hələ də müharibəni "faydalı" hesab edir. Bu da bir il yarım əvvəldən 10 faiz azdır.
Bütün bunlarla yanaşı, rusların 60%-i müharibənin “uğurla aparıldığına” inanır. /AzPolitika.info/