İran Türkiyədə "3+3" görüşündə iştirak edəcək


İranın xarici işlər naziri Seyid Abbas Araqçı növbəti "3+3" görüşündə iştirak edəcək.

Turkustan.az-ın məlumatına görə, bu barədə “Sabah” qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollahzadəyə istinadən yazıb.

Görüş Türkiyədə keçiriləcək, ancaq tarix hələlik məlum deyil.

Ermənistan xarici işlər nazirlərinin “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələlik qərar verməyib.

Qeyd edək ki, görüş bundan əvvəl Tehranda keçirilib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ